İdman

Messidən gözlənilməyən hərəkət: Rəqibinin boğazından yapışdı – VİDEO

Sharing is caring!


Argentina millisinin hücumçusu Lionel Messi 2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatının (DÇ-2026) seçmə mərhələsinin oyununda rəqibi Uruqvay millisinin müdafiəçisi Matias Oliveraya qarşı kobud hərəkət edib.

Matçda futbolçular arasında qarşıdurma yaranıb, bu zaman Messi uruqvaylı müdafiəçini əvvəlcə itələyib, sonra isə boğazından yapışıb.

Lakin argentinalı futbolçu hadisəyə görə cəzalandırılmayıb.

Görüş Uruqvay yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Argentina millisi 12 xalla öz qrupunun turnir cədvəlinə başçılıq edir. Komanda beş görüşdən dördündə qalib gəlib.

Uruqvayın bu qələbədən sonra 10 xalı var və ikincidir.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir