İdman

İsveç millisinin baş məşqçisi: “Emin Mahmudovun qolu çox yaxşı idi”

Sharing is caring!


“Qapımızda gördüyümüz üçüncü qol çox yaxşı idi. Rəqibi təbrik edirəm”.

“Report” xəbər verir ki, bunu İsveç millisinin baş məşqçisi Yanne Andersson Bakıda Azərbaycan yığmasına 0:3 hesabı ilə uduzduqları AVRO:2024-ün seçmə mərhələ oyunundan sonra mətbuat konfransında deyib.

61 yaşlı mütəxəssis Azərbaycan komandasının yaxşı kollektiv olduğunu vurğulayıb:

“Rəqib matçın əvvəlində asanlıqla iki qol vurdu. Bundan sonra geridönüş etmək çətindir. Belçika və Avstriya ilə görüşlərdə də mübarizə aparmışdılar. Onlar qələbəyə layiq idilər. Mən isə məyusam”.

Qeyd edək ki, Skandinaviya təmsilçisinin qapısından üçüncü qolu Emin Mahmudov keçirib. Yarımmüdafiəçi uzaq məsafədən fərqlənib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir