İdman

Azərbaycan idmançısının Nyu-Yorkdakı mübarizəsi UFC-nin ən yaxşı şousu elan olunub

Sharing is caring!


ABŞ-də yaşayan və qarışıq döyüş növündə (MMA) UFC-də (Mütləq Döyüş Çempionatı) Azərbaycanı təmsil edən həmyerlimiz Nazim Sadıxov Nyu-Yorkda tarixi döyüşə imza atıb.

“Report”un ABŞ bürosu xəbər verir ki, Nyu-York şəhərində “Madison Square Garden”da keçirilən üç raundluq oyunda N.Sadıxov rəqibi rusiyalı idmançı Borşev Vyaçeslavla üz-üzə gəlib.

İlk raundda 29 yaşlı N.Sadıxov ağır zərbələrlə rəqibini bir neçə dəqiqəlik nokdaun edib. Üçüncü raundda rusiyalı döyüşçü xüsusi fəndlə yarışda üstünlük əldə edib.

Sonda hakimlər döyüşün nəticəsini heç-heçə elan ediblər və yarışın qalibi olmayıb.

Gərgin mübarizə şəraitində keçən oyunun sonunda hər iki idmançı qarşılıqlı “Tərəkəmə” rəqsi oynayıb. İdmançıların rəqsləri böyük maraqla izlənib. “Gecənin döyüşü” (“Fight of the night”) adı verilən yarış UFC-nin “ən yaxşı şou”su elan olunub 50 000 ABŞ dolları gəlir əldə edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir