Dünya

Peru Konqresi Azərbaycanın Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edib – FOTO

Sharing is caring!


Peru Konqresinin üzvü Xose Enrike Orenin təşəbbüsü ilə Konqres tərəfindən Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin üçüncü ildönümü münasibətilə bəyanat qəbul edilib.

Bu barədə Azərbaycanın həmin ölkədəki səfirliyindən bildirilib.

Sənəddə 2020-ci ildə Vətən müharibəsində qazanılan qələbə nəticəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etməklə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdiyi bildirilib və 8 noyabr tarixində “qardaş Azərbaycan xalqı ən şanlı səhifələrindən birinə çevrilmiş, Zəfər Gününün üçüncü ildönümünü böyük iftixar hissi ilə qeyd edir” vurğulanıb.

Bəyanatda, həmçinin Azərbaycanın beynəlxalq hüquq və ədaləti, eləcə də bir milyona yaxın məcburi köçkünün öz evlərində yaşamaq hüququnu bərpa etdiyi və hazırda qeyd olunan məqsədə nail olmaq üçün bütün səylərini bölgənin minalardan təmizlənməsinə və yenidənqurulmasına, habelə burada davamlı sülhün bərqərar olmasına yönəltdiyi vurğulanır.

Sonda 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqına təbriklər çatdırılır və şəhid olmuş soydaşlarımızla bağlı başsağlığı ifadə olunur.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir