İdman

“İrəvan”ın futbolçusu əməliyyat olundu – AÇIQLAMA

Sharing is caring!


1-ci liqada çıxış edən “İrəvan”da vəziyyət düzəlir.

Komanda oyunçulardan çoxu ilə razılıq əldə edib. Bunlardan biri də Asim Əlizadədir.

Football-plus.az-ın məlumatına görə, yarımmüdafiəçi artıq Türkiyədə əməliyyat olub. Hazırda ölkədə olan futbolçu ilə əlaqə saxladıq. Asim Əlizadənin məsələ ilə bağlı açıqlaması belə oldu:

“Hazırda özümü yaxşı hiss edirəm. Əməliyyat olunmuşam. Ölkəyə qayıtmışam. Müalicələrə başlamışam. Əməliyyatın pulunun bir hissəsini “İrəvan” həll etdi. Qalanını da özüm düzəltdim. Futbolçu dostlarım da sağ olsunlar. Onlar da kömək etdilər”.

Asim Əlizadə “İrəvan”dan ayrılıb-ayrılmayacağı ilə bağlı suala belə cavab verdi:

“Mənim klubla müqaviləm var. Mövsümün sonuna kimi davam edəcək. Bundan sonra nələrin baş verəcəyini zaman göstərəcək”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir