İdman

Bakıda qadınların yürüşü başladı – FOTO

Sharing is caring!


Bakıda qızların cəmiyyətdə bərabərhüquqlu iştirakçılığının artırılması, qızlar arasında idmanın təşviqi və sağlam həyat tərzinin təbliği, onların asudə vaxtının səmərəli təşkili məqsədilə “Gücümüz cəsarətimizdədir!” adlı yürüşün açılış mərasimi olub.

“Report” xəbər verir ki, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqlarının Respublika Komitəsinin sədri Hikmət Osmanov, gənclər və idman nazirinin müavini Mariana Vasilyeva, elm və təhsil nazirinin müavini Firudin Qurbanov və Milli Olimpiya Komitəsinin İdman Şöbəsinin müdiri Həsənağa Rzayev də iştirak ediblər.

Yürüşə Dənizkənarı Milli Parkın Azneft dairəsi hissəsindən start verilib.

Daha sonra Dənizkənarı Milli Parkda (Kukla Teatrının arxası) altı idman növü (cüdo, karate, gimnastika, basketbol, şahmat, futbol) üzrə federasiyaların təlimçi və idmançılarının ustad dərsləri baş tutacaq.

Qeyd edək ki, aksiya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə təşkilatçılığı və idman federasiyalarının dəstəyi ilə keçirilib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir