İdman

Peruda qonaq komandaya qarşı hörmətsizlik: Qaranlıqda çempionluq qeyd olundu – VİDEO

Sharing is caring!


Futbol üzrə Peru çempionatında qalib bəlli olub.

Oxu.Az xəbər verir ki, Liqa 1-in pley-off matçında iki titullu komandalar “Alyansa Lima” və “Üniversitario” kollektivləri qarşılaşıb.

Tərəflərin ilk görüşündə 1-1 hesabı qeydə alınıb. “Alexandro Vilyanueva” stadionunda keçirilən revanş matçında isə “Üniversitario” 2-0 hesabı ilə qalib gəlib.

Qonaqların qələbəsindən hiddətlənən stadion rəhbərliyi finiş fitindən dərhal sonra arenanın işıqlarını söndürüb. 10 illik fasilədən sonra yenidən Peru çempionu olan “Üniversitario” zəfəri qaranlıqda qeyd etməyə məcbur qalıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir