Siyasət

Azərbaycan Dili və Ədəbiyyatı Forumu ilə bağlı görüş keçirilib – FOTO

Sharing is caring!


Azərbaycan Dili və Ədəbiyyatı Forumu ilə bağlı görüş keçirilib.

Bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə 1-3 sentyabr tarixlərində Azərbaycan Dili və Ədəbiyyatı Forumu keçiriləcək.

Bu münasibətlə avqustun 30-da Mədəniyyət Nazirliyində foruma qatılacaq panel iştirakçıları və məruzəçilərlə görüş təşkil olunub.

Görüşdə forumun mövzuları və tədbirin proqramı ilə bağlı müzakirələr aparılıb, fikir və təkliflər səsləndirilib, müvafiq qeydlər nəzərə alınıb.

“Azərbaycan Dili və Ədəbiyyatı Forumu sentyabrın 1-də Şamaxı şəhərində işə başlayacaq, sentyabrın 2-3-də Bakıda “Gülüstan” Sarayında davam edəcək”, – deyə məlumatda qeyd olunub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir