İdman

“Azərreyl” 1/16 final mərhələsinin ilk oyununda qələbə qazandı

Sharing is caring!


Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu Çelenc Kubokunda növbəti qələbəsini qazanıb.

Oxu.Az-ın məlumatına görə, Azərbaycan təmsilçisi turnirin 1/16 final mərhələsinin ilk oyununda İspaniya klubu “Avarka de Menorka”nı Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində məğlub edib.

Komandamız birinci setdə uduzsa da, növbəti üç seti üstün tamamlayaraq, 3:1 (23:25, 25:15, 25:19, 25:23) hesablı qələbə qazanıb. Klublar arasında cavab görüşü noyabrın 15-də baş tutacaq.

Qeyd edək ki, “Azərreyl” əvvəlki mərhələdə Ukrayna “Balta”sını mübarizədən kənarlaşdırıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir