İdman

Neapolu bir-birinə qatan alman azarkeşlərlə polis arasında insident: Xəsarət alanlar var – VİDEO

Sharing is caring!


UEFA Çempionlar Liqasında bu gecə oynanılacaq “Napoli” – “Union Berlin” matçı öncəsi almaniyalı azarkeşlər və italiyalı asayiş keşikçiləri arasında qarşıdurma yaşanıb.

Məlumata görə, oyunu izləmək üçün Neapola gələn Berlin klubunun fanatları Korsa Umberto küçəsi və Dante meydanında zibil qutularını aşırmaqla yanaşı, avtomobillərə və mağazalara zərər verməyə başlayıblar.

Nəticədə italyan polislər hadisəyə müdaxilə etməyə məcbur qalıblar. Almaniyalı azarkeşlər isə səs bombaları və pirotexniki vasitələrdən istifadə ediblər.

Hadisə nəticəsində bəzi tərəfdarlar və polislər yüngül xəsarət alıb və 11 azarkeş saxlanılıb.

Qeyd edək ki, “Napoli” – “Union Berlin” bu gün Bakı vaxtı ilə saat 21:45də başlayacaq.

Mənbə: sportx.TV

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir