Cəmiyyət

Tovuzda avtomobil qəzası olub, ölən və xəsarət alan var

Sharing is caring!

Tovuz rayonunun Hunanlar kəndində bir nəfərin ölümü, daha bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Report”un  məlumatına görə, VAZ-2107 markalı avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılması nəticəsində sərnişin, 2002-ci il təvəllüdlü Vüsal Rzayev aldığı ağır xəsarətlərdən dünyasını dəyişib. Hadisə zamanı sürücü, 1999-cu il təvəllüdlü Kənan İsmayılov isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir