İdman

FİBA Avropa Kuboku: “Sabah” bu gün Monteneqro klubunu qəbul edəcək

Sharing is caring!


“Sabah” basketbol klubu bu gün FİBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirəcək.

“Report”un məlumatına görə, Azərbaycan təmsilçisi dördüncü matçında Monteneqro klubu “Mornar”ı qəbul edəcək.

“Sərhədçi” İdman Mərkəzində təşkil olunacaq görüşə saat 19:00-da start veriləcək.

Qeyd edək ki, “Sabah” qrup mərhələsində keçirdiyi ilk üç oyununda müvafiq olaraq Monteneqro “Mornar”ına (75:80), Türkiyə “Bağçaşəhər”inə (65:83) və Çexiya “Nimburk”una 61:95 hesabı ilə məğlub olub. Hazırda Azərbaycan çempionu 3 xalla D qrupunda sonuncu pillədə qərarlaşıb.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir