İdman

Azərbaycan futbolunda son yeddi mövsümün rekordu qeydə alınıb

Sharing is caring!


Azərbaycan futbolunda son 7 mövsümün rekordu qeydə alınıb.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bildirilib ki, bu, II Liqanın X turuna təsadüf edib.

“Dinamo”nu qəbul edən “Şahdağ Qusar” qonaqların qapısından 9 cavabsız top keçirib. Bu, son 7 mövsümdə PFL-in bayrağı altında keçirilən bütün yarışların ən böyükhesablı nəticəsidir.

Ən azı 9 top fərqli qələbə sonuncu dəfə 2016/17 mövsümündə qeydə alınıb. Düz 7 il əvvəl – 2016-cı il noyabrın 8-də I divizionda mübarizə aparan “Zaqatala” “Energetik”ə daha böyük fərqlə qalib gəlib – 10:0.

Qeyd edək ki, bir oyunda 9 qolun vurulmasına cari çempionatda ikinci dəfə təsadüf olunub. II Liqada “Kür-Araz” “Kürmük Qax”ı 6:3 hesabı ilə məğlub edib. Bir komandanın ən azı 9 qol vurması isə sonuncu dəfə 2017/18 mövsümündə əvəzedicilər liqasında gerçəkləşib. “Qəbələ-2” “Sumqayıt-2”yə 9:1 hesabı ilə qalib gəlib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir