Dünya

İspaniyada öküz kişini buynuzları ilə deşərək öldürdü – VİDEO

Sharing is caring!


İspaniyanın Valensiya şəhərində keçirilən festivalda öküz kişini buynuzları ilə deşib və nəticədə o, aldığı xəsarətlərdən dünyasını dəyişib.

Bir gün əvvəl La Pobla de Farnals bələdiyyəsində keçirilən ictimai şənlik zamanı 61 yaşlı kişi öküz qaçışının qurbanı olub. Yaralı yerli xəstəxanada təcili əməliyyat olunsa da, həkimlər onu xilas edə bilməyiblər.

Festival zamanı daha bir yaşlı kişi ağır yaralanıb. Öküzün buynuzları onun ayaqlarını deşib. Xoşbəxtlikdən o, ciddi xəsarət almayıb.

Mənbə: Shot, mk.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir