Cəmiyyət

YENİ NƏQLİYYAT QOVŞAĞI REGİONUN DAVAMLI TƏRƏQQİSİNƏ ŞƏRAİT YARADACAQ

Sharing is caring!


Cənab Prezident İlham Əliyevin CNN Türk telekanalına verdiyi müsahibə zamanı söylədiyi fikirlər onu deməyə əsas verir ki, Azərbaycan bundan sonrakı dövrdə də həssas yanaşdığı məsələlərdə öz prinsipiallığını qoruyacaq, yenə də öz gücünə arxayın olacaq və bölgə üçün yaranmış yeni şəraitin bu regionda yerləşən dövlətlər üçün bir fürsətə – əməkdaşlığa, sülhə, inkişafa çevrilməsinə dəstək verəcək.30 ilə yaxın dövrdə Azərbaycan ərazilərini işğal edərək amansız dağıntılar, isitismar, soyqırım törədən Ermənistan 44 gün ərzində layiqli cavabını aldı və nəticədə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bundan başqa regionda açılacaq yeni nəqliyyat koridorlarının, xüsusilə də Zəngəzur dəhlizinin önəminə diqqət yetirilməsi Azərbaycanın bu məsələdə də prinsipial mövqedə olduğunu göstərdi”.
Zəngəzur dəhlizinin açılması bir çox məqsədlərə, hədəflərə xidmət edir. Azərbaycanla Türkiyə yeni bir nəqliyyat layihəsi ilə birləşəcək. Dörd il bundan əvvəl Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi olmuşdur. Biz bu dəmir yolu sayəsində Türkiyə ilə birləşdik. Zəngəzur dəhlizi isə ikinci bir birləşmə istiqaməti olacaq. Beləliklə, bizim üçün yeni fürsətlər ortaya çıxacaq. Eyni zamanda, Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə də dəmir yolu ilə birləşəcək. Eyni zamanda, biz tələb edirik ki, avtomobil yolu da çəkilsin – Ermənistanın nəzarəti altında olan Qərbi Zəngəzur ərazisində, Mehri bölgəsində. Çünki bu da mütləq lazımdır. Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm avtomobil yolu olmalıdır. Əfsuslar olsun ki, Ermənistan buna etiraz edir. Son günlərə qədər Zəngəzur dəhlizinin açılmasına etiraz etmişdi. Ancaq biz Bakıda avtomobilə əyləşib oradan rahatlıqla Türkiyəyə və Naxçıvana keçməliyik
Yeni nəqliyyat qovşağı bölgə ölkələri üçün də yeni fürsət olacaq. Türkiyə öz mallarını Orta Asiyaya daha qısa yolla, alternativ yolla daşıya biləcək. Beləliklə, bu, Avrasiyanın yeni bir nəqliyyat layihəsinə çevrilə bilər. Biz bunu artıq təşəbbüs olaraq ortaya qoymuşuq. Bu dəhlizə Zəngəzur dəhlizi adını da biz qoymuşuq. Artıq bu, beynəlxalq leksikona da daxil edilibdir. Avropa İttifaqı bu məsələyə də çox müsbət yanaşır. Yəni, bu, həm Türkiyə, həm Azərbaycan, həm bölgə üçün və o cümlədən Ermənistan üçün də yeni fürsət olacaq. Prezidentin ermənilərə çağırışı onlar üçün bir şansdır.
Cahangir Muradov, Əməkdar mədəniyyət işçisi, ziyalı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir