İdman

Avropa çempionatı: Cüdoçumuz finala yüksəlib

Sharing is caring!


Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın Monpelye şəhərində keçirilən Avropa çempionatında finala vəsiqə qazanıb.

73 kq çəki dərəcəsində yer alan idmançı yarımfinalda Moldovadan olan Petru Pelivana qalib gəlib.

Rəşid Məmmədəliyev (73 kq) və Zelim Tçkayev (81 kq) medal şanslarını itiriblər.

Qeyd edək ki, Avropa çempionatı noyabrın 5-də başa çatacaq. Yarışda 11 idmançı ilə təmsil olunan Azərbaycanın beş cüdoçusu ötən gün medal qazana bilməyib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir