İdman

Azərbaycan millisinin futbolçusu: “Biz Qazaxıstandan yox, onlar bizdən çəkinirlər”

Sharing is caring!


“Biz Qazaxıstandan yox, onlar bizdən çəkinirlər. Çünki bu rəqibi Avropa çempionatının yarımfinalında məğlub etmişdik. Fikrimcə, onların üzərində psixoloji üstünlüyümüz var”.

Bunu “Report”a açıqlamasında Azərbaycan minifutbol millisinin üzvü Rəvan Kərimov Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatının yarımfinalında Qazaxıstana qarşı keçirəcəkləri oyunla bağlı danışarkən deyib.

27 yaşlı oyunçu final yolunda güclü rəqiblə qarşılaşacaqlarını etiraf edib:

“Qazaxıstanla yarımfinalda qarşılaşmaq istəməzdik. Çünki onlar dünya çempionluğuna əsas favoritlərdən biridirlər. Son dünya çempionu Meksikanı mübarizədən kənarlaşdırıblar. Dünən isə əzmkar oyunla Çexiyaya qalib gəldilər. Halbuki çexlər də çempionluğa əsas iddiaçılardan sayılırdılar. Tam hazırıq, oyun vaxtını səbirsizliklə gözləyirik. İnanıram ki, axşam növbəti qələbə ilə azarkeşlərimizi sevindirəcəyik”.

Qeyd edək ki, bu gün reallaşacaq Azərbaycan – Qazaxıstan görüşü Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir