İdman

“Real Madrid” Rodriqo ilə müqaviləni 2028-ci ilə qədər uzadıb

Sharing is caring!


“Real Madrid”in braziliyalı vingeri Rodriqo Qoes klubu ilə müqaviləsini 2028-ci ilə qədər uzadıb.

Futbolçunun yeni müqaviləsində göstərilən təzminat məbləği bir milyard avrodur.

Bu mövsüm braziliyalı bütün turnirlərdə 16 matçda iştirak edib və bu matçlarda iki qol vurub, bir məhsuldar ötürmə edib.

Qeyd edək ki, 22 yaşlı Rodriqo 2019-cu ildə “Real Madrid”ə keçib. Ötən mövsüm braziliyalı hücumçu 59 matçda 19 qol vurub və 11 məhsuldar ötürmə edib. “Transfermarkt” portalı futbolçunun dəyərini 100 milyon avro qiymətləndirir.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir