İdman

Minifutbol millimizin baş məşqçisi: “Futbolçular tapşırıqları ideal şəkildə yerinə yetirdilər”

Sharing is caring!


“Futbolçular verilən tapşırıqları tam ideal şəkildə yerinə yetirdilər. Onlara təşəkkür edirəm”.

Bunu “Report”a açıqlamasında minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunan dünya çempionatının 1/8 finalında Portuqaliyanı 3:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.

Mütəxəssis rəqibin Serbiya kimi güclü kollektivi qrupda saxladığını xatırladıb:

“Onları məhz bu komandaya qarşı oyunlarına baxıb təhlil etmişdik. Bilirdik ki, çox yüksək texnikaya malik oyunçuları var və əks-hücumda təhlükəlidirlər. Məhz buna uyğun da plan qurmuşduq.

Portuqaliya kimi komanda üzərində inamlı qələbə qazandıq. Bütün xalqımızı təbrik edirəm. Bizi dəstəkləməyə davam etsinlər. Onların etimadını doğrultmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik”.

Quliyev 1/4 finaldakı şanslarından da söz açıb: “Bolqarıstan yığması da güclü rəqibdir. Artıq bu görüşdən sonra final və çempionluq haqqında düşünmək olar”.

Qeyd edək ki, Azərbaycan – Bolqarıstan görüşü bu gün, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir