İdman

İngiltərə Liqa Kuboku: “Liverpul” və “Çelsi” mərhələ adladı, “Arsenal” turniri tərk etdi – VİDEO

Sharing is caring!


İngiltərə Liqa Kubokunun 1/8 mərhələsi çərçivəsində maraqlı oyunlar baş tutub. Premyer Liqanın aparıcı klubları gecəni fərqli nəticələrlə başa vurublar. 

“Çelsi” və “Liverpul” qələbə sayəsində mərhələ adlayıb, “Arsenal” isə məğlub olaraq turniri tərk edib.

“Topçular” “Vest Hem”in qonağı olublar. Qarşılaşma meydan sahiblərinin mütləq üstünlüyü ilə yekunlaşıb – 3:1. 

“Çelsi” öz meydanında “Blekbörn”ü qəbul edib. “Zadəganlar” rəqiblərini iki cavabsız qolla keçərək adlarını 1/4 finala yazdırıblar – 2:0.

“Liverpul” isə səfər matçında azarkeşlərini sevindirməyi bacarıb. Mersisaydlılar “Bornmut”un öhdəsindən çətinliklə gəliblər – 1:2.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir