İdman

Mehman Əzizov: “Vəzifədən ayrılmağım Azərbaycan Cüdo Federasiyası ilə birlikdə ortaq qərarımdır”

Sharing is caring!


“Vəzifədən ayrılmağım Azərbaycan Cüdo Federasiyası ilə birlikdə ortaq qərarımdır”.

Bunu “Report”a açıqlamasında cüdo üzrə Azərbaycan millisindən ayrılan məşqçi Mehman Əzizov deyib.

Mütəxəssis son günlərdə mediada çıxan xəbərlərin onu narahat etdiyini bildirib:

“Federasiyanın qərarına hörmətlə yanaşıram. Belə məsləhət gördülər. Sadəcə, qərar budur. Özlərinə fikirlərimi çatdırdım, dedilər ki, qərar müzakirə olunmur. Komandada digər məşqçilərə uğurlar arzulayıram”.

O, Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətində fəaliyyətini davam etdirəcəyini söyləyib:

“Orada Mövlud Mirəliyevin işçisiyəm. Fiziki hazırlıq şöbəsinin baş inspektoruyam”.

Mətbuatda M.Əzizovu Əbdülhəqq Rəsullunun əvəzləyəcəyi yazılsa da, bu posta Rüstəm Alimli təyin olunub.

M.Əzizov Ə.Rəsullu ilə daha əvvəl bir yerdə çalışdığını xatırladıb:

“Onun təyinatı baş verərdisə, buna ancaq sevinə bilərdim. Çünki o, buna layiq həmkarımdır”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir