İdman

Federasiya prezidenti: “Əldə olunan nəticə idmançılarımızın gücünü göstərir”

Sharing is caring!


“Əldə olunan nəticə idmançılarımızın gücünü göstərir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Kunq-Fu Federasiyasının prezidenti Nurlan Aslanov millinin İtaliyanın Karrara şəhərində keçirilən dünya çempionatındakı çıxışı ilə bağlı deyib.

Federasiya rəhbəri qazanılan 37 medalı yüksək qiymətləndirib: “Azərbaycanda kunq-fuya maraq böyükdür. Məhz buna görə rəqabət yüksəkdir. Ən yaxşı idmançılar İtaliyadakı dünya çempionatında iştirak etdilər. İdmançılarımız həm yeniyetmələr, həm gənclər, həm də böyüklər arasında layiqli çıxış edərək, ümumilikdə 37 medal qazandılar”.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi və Çin Döyüş Növləri Assosiasiyasının dəstəyi ilə mundiala qatılan yığma üzvləri 28 qızıl, 6 gümüş, 3 bürünc medal qazanıblar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir