Dünya

Dağıstanda zəlzələ baş verib

Sharing is caring!


Dağıstanın Axtinski rayonunda 4,8 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Respublika üzrə Baş İdarəsinin Mətbuat Xidmətindən məlumat verilib.

“Rusiya Elmlər Akademiyasının Dağıstan geofizika xidmətinin növbətçi mütəxəssisindən alınan məlumata görə, Axtı kəndi yaxınlığında 4,8 bal gücündə seysmik hadisə qeydə alınıb”, – məlumatda bildirilib.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Mənbə: TASS

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir