İdman

Millətlər Liqası: Qadın futbolçulardan ibarət Azərbaycan millisi Monteneqro ilə qarşılaşacaq

Sharing is caring!


Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq.

“Report”un məlumatına görə, C Liqasının III qrupunda yer alan Siyasət Əsgərovun yetirmələri əsas rəqibləri Monteneqro ilə “Dalğa Arena”da qarşılaşacaqlar.

Ukraynalı hakim Anastasiya Romanyukun idarə edəcəyi görüş saat 16:00-da başlayacaq. Yığmamız IV turun matçı ərəfəsində 7 xalla qrupda liderlik edir. İkinci pillədəki Monteneqronun hesabında 6 xal var.

Qeyd edək ki, millimiz Monteneqronu səfərdə 1:0 hesabı ilə məğlub edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir