Dünya

Rusiyada məktəbli avtobusu qəzaya uğrayıb: Yaralananlar var – FOTO/VİDEO

Sharing is caring!


Rusiya Federasiyasının Başqırdıstan Respublikasındakı dolama yolda məktəbli avtobusu qəzaya uğrayıb, nəticədə yeddi nəfər xəsarət alıb.

Bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyi xəbər yayıb.

Məlumata görə, məktəbli avtobusu Taşkinovo-Neftekamsk yolunda “Lada” ilə toqquşub. Avtobusun içərisində 13-14 yaş arası 10 yeniyetmə olub. Məktəblilər onları müşayiət edən şəxslə birlikdə yarışa gedirmişlər.

“Üçü azyaşlı olmaqla, ümumilikdə yeddi nəfər xəsarət alan şəxs xəstəxanaya aparılıb, digər yeniyetmələr yerindəcə həkimlər tərəfindən müayinə olunur”, – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, qəzaya səbəb “Lada”nın qarşı zolağa çıxması olub.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir