Dünya

“Napoli” doğma meydanda “Verona” üzərində qələbə qazandı – VİDEO

Sharing is caring!


İtaliya A seriyasının 23-cü turunda hazırkı İtaliya çempionu “Napoli” “Verona” üzərində 2:1 hesabı ilə qələbə qazanıb.

Oxu.az xəbər verir ki, görüşün ilk yarısında qapılara qol vurulmayıb. Fasilədən sonra qonaqlar hesabda önə keçiblər – Diyeqo Koppola slovakiyalı Tomaş Suslovun ötürməsindən qol vurub.

Meydan sahiblərinin qollarını 79 və 87-ci dəqiqələrdə Nqonqe və Kvaratsxeliya vurublar. 

“Napoli” 35 xal toplayıb və 9-cu yerdən 7-ci yerə yüksəlib.

Növbəti turda Valter Mazzarrinin yetirmələri səfərdə “Milan”la qarşılaşacaqlar. “Verona” Monzaya səyahət edəcək.

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir