İdman

“Napoli” “Milan” oyununda qalib müəyyənləşmədi – VİDEO

Sharing is caring!


İtaliya A Seriyasının X turunun mərkəzi oyunu son çempion “Napoli” ilə “Milan” arasında keçirilib.

Oxu.Az xəbər verir ki, Neapolda təşkil olunan görüşdə qalib müəyyənləşməyib – 2:2.

İlk yarıda Milan klubu Olivye Jirunun dublu ilə iki topluq üstünlük qazansa da, bunu sona qədər qorumağı bacarmayıb.

Fasilədən sonra Matteo Politano və Cakomo Raspadorinin qolları “Napoli”ni məğlubiyyətdən xilas edib.

Hazırda “Milan” 22 xalla üçüncü, “Napoli” 18 xalla dördüncüdür.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir