Cəmiyyət

Bakıda tikinti şirkəti sakinlərin həyatını təhlükəyə atır – VİDEO

Sharing is caring!


Bakıda tikinti şirkəti təhlükəsizlik qaydalarını pozur, vətəndaşların həyatını təhlükəyə atır.

Belə ki, paytaxtın Nərimanov rayonunda inşa edilməkdə olan beşmərtəbəli ofis binasında və onun ətrafında insanların sağlamlığının qorunması, həmçinin əməyin təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlər görülməyib.

Bununla yanaşı, tikinti şirkəti tərəfindən sakinlərin rahat gediş-gəlişi üçün nəzərdə tutulan piyada səkisi də zəbt olunub.

Tikinti şirkətindən sakinlərin narahatlığına cavab olaraq bildirilib ki, hər hansı qanunsuz əmələ yol verilməyib.

Daha ətraflı “ATV Xəbər”in süjetini təqdim edirik:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir