İdman

MMA döyüşçümüz “Octagon liqası”nda qələbə qazanıb – FOTO

Sharing is caring!


Azərbaycanın MMA döyüşçüsü Namiq Ağabalayev növbəti qələbəsini qazanıb.

AZƏRTAC xəbər verir ki, “Şəhid Rafət Qulamov” klubunun təmsilçisi Qazaxıstanın Almatı şəhərində “Octagon liqası”nın 51-ci turnirində gücünü sınayıb.

Turnirdə 57 kiloqram çəki dərəcəsində çıxış edən Namiq Ağabalayev yerli tanınmış idmançı Adilet Aytjanov ilə qarşılaşıb.

MMA döyüşçümüz birinci raundda rəqibini “Triangle” boğucu fəndi ilə vaxtından əvvəl məğlub edib.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir