İdman

“Neftçi” klubu Moskva “Spartak”ı ilə yoldaşlıq oyunu keçirə bilər

Sharing is caring!


“Neftçi” klubu növbəti dəfə Moskva “Spartak”ı ilə yoldaşlıq oyunu keçirə bilər.

“Report” xəbər verir ki, bu barədə “ağ-qaralar”ın baş icraçı direktoru Fərrux Mahmudov mətbuat konfransında məlumat verib.

O, Rusiya təmsilçisi ilə danışıqların davam etdiyini söyləyib.

Qeyd edək ki, “Neftçi” yayda Moskvada “Spartak”la üz-üzə gəlib və 0:2 hesabı ilə uduzub. Komanda noyabrın 18-də Bakıda “Zenit”lə yoldaşlıq görüşü keçirəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir