İdman

“Xarı Bülbül”ün baş məşqçisi: “Komandada bir az gərginlik var idi”

Sharing is caring!


“Birinci matç olduğu üçün komandada bir az gərginlik də var idi”.

Bunu “Report”a açıqlamasında kişi voleybolçulardan ibarət “Xarı Bülbül” komandasının baş məşqçisi Ziya Rəcəbov Slovakiyanın “TJ Spartak” klubuna 3:0 hesabı ilə qalib gəldikləri Çelenc Kubokunun 1/32 finalının ilk oyunu ilə bağlı danışarkən deyib.

41 yaşlı mütəxəssis rəsmi görüşlərin yoldaşlıq qarşılaşmalarından fərqləndiyini bildirib:

“Bizim ilk rəsmi matçımız idi. Rəqib voleybolçular 3 ildir birlikdə oynayırlar. Birinci matç çətin alındı, düşünürəm ki, cavab görüşü bundan da çətin keçəcək. Servislərdə çoxlu səhvlərimiz oldu. Sadə səhvlərə yol verirdik. İnanıram ki, bu gün tam fərqli olacaq. Bütün Azərbaycan xalqını təbrik edirəm. Sevindirici qələbədir. Şuşanın adını daşımaq isə ayrı məsuliyyətdir. Ümid edirəm ki, bunun öhdəsindən gələ biləcəyik”.

Qeyd edək ki, tərəflər arasında cavab qarşılaşması bu gün saat 18:00-da başlayacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir