İdman

UEFA Gənclər Liqası: “Qəbələ” növbəti mərhələyə vəsiqə qazanıb

Sharing is caring!


“Qəbələ”nin U-19 komandası UEFA Gənclər Liqasında növbəti oyununu keçirib.

Oxu.Az xəbər verir ki, “qırmızı-qaralar” I mərhələnin cavab matçında Macarıstanın “Puşkaş Akademiya” klubunun qonağı olub.

Qarşılaşma Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə bitib. 56-cı dəqiqədə Kənan Baxışov fərqlənib.

Tərəflər arasında ilk oyun 1:1 hesabı ilə başa çatıb.

Beləliklə, “Qəbələ” iki görüşün nəticəsinə əsasən növbəti raunda yüksəlib. Komanda bu mərhələdə “Leççe” (İtaliya) – “Olimpiakos” (Yunanıstan) cütünün qalibi ilə görüşəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir