MARAQLI

Rusiyalı təqaüdçü döyüş fəndi ilə gənc telefon oğrusunun “dərsini verdi” – VİDEO

Sharing is caring!


Rusiyada 72 yaşlı kişi oğurluğa cəhd edən gənci zərərsizləşdirə bilib.

Bununla bağlı kadrlar sosial şəbəkələrdə paylaşılıb.

Hadisə Moskvada baş verib. Videoda maşınının təmiri ilə məşğul olan təqaüdçünün uzaqdan eşitdiyi qışqırıq səsinə başını qaldırdığı və səs gələn tərəfə yönəldiyi görünür. Soyğunçu yaxınlaşanda yaşlı kişi onu döyüş fəndi ilə yıxır. Bundan sonra əlbəyaxa dava düşüb. Həmin vaxt hadisəni görən başqa bir qadın onlara yaxınlaşır və oğrunun əlindən telefonu alaraq, ağlayan məktəbliyə verir.

Məlumata görə, hazırda oğurluğa cəhd edən 35 yaşlı kişi istintaq orqanlarına izahat verir. Faktla bağlı quldurluğa cəhd maddəsi ilə cinayət işi açılıb.

Mənbə: “Mash” “Telegram” kanalı

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir