İdman

Çelenc Kuboku: “Azərreyl” hər iki oyunu Bakıda keçirə bilməyəcək”

Sharing is caring!


“Azərreyl” Çelenc Kubokunun 1/16 final mərhələsində hər iki oyunu Bakıda keçirə bilməyəcək”.

Bu barədə “Report”a paytaxt təmsilçisinin meneceri Zaur Namazov məlumat verib.

O, 1/16 finaldakı rəqib İspaniyanın “Avarka de Menorka” klubu ilə razılıq əldə etsələr də, Avropa Voleybol Konfederasiyasının (CEV) qərarının fərqli olduğunu bildirib.

Klub rəsmisi CEV-in qərarına əsasən qarşılaşmanın birinin İspaniyada, digərinin isə ölkəmizdə baş tutacağını söyləyib.

Qeyd edək ki, “dəmiryolçular” əvvəlki raundda Ukraynanın “Balta” komandasını mübarizədən kənarlaşdırıblar. Qarşılıqlı razılığa əsasən hər iki görüş Bakıda təşkil olunmuşdu.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir