Cəmiyyət

Nazirlik qeydiyyat üçün gecikən şagirdlərə müraciət etdi

Sharing is caring!

Müxtəlif səbəblərdən X siniflərə qeydiyyat üçün gecikən şagirdlər 17-31 oktyabr 2022-ci il tarixləri arasında ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər. Qəbul şagird yerdəyişməsi (https://sy.edu.az) elektron sistemi vasitəsilə aparılacaq.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, 17 oktyabr saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi prosesinə start veriləcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir