İdman

Dünya çempionatı: İki güləşçimiz bürünc medal qazanıb, ikisi finala yüksəlib

Sharing is caring!


Azərbaycanın iki sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən gənclər arasında dünya çempionatında finala yüksəlib.

“Report”un məlumatına görə, Zirəddin Bayramov (65 kq) və Əşrəf Aşırov (79 kq) öz çəki dərəcələrində bütün rəqiblərini məğlub ediblər.

Onlar oktyabrın 25-də müvafiq olaraq İbrahim İbrahimov (AİN) və Maqomed Maqomayevə (AİN) qarşı həlledici görüşə çıxacaqlar. Kənan Heybətov (70 kq) isə təsəlliverici görüşə qatılmaq hüququna yiyələnib. Bürünc medal qazanmaq şansını davam etdirən K.Heybətov oktyabrın 25-də tunisli Faruk Jelasi ilə qarşılaşacaq.

Ağır çəki dərəcələrində Azərbaycanı təmsil edən Abdulcəlil Şabanov (92 kq) və Vaxit Qalayev (125 kq) dünya çempionatının bürünc mükafatını qazanıblar. Onlar üçüncü yer uğrunda görüşdə müvafiq olaraq Andro Marqişvili (Gürcüstan) və Kumar Anirudan (Hindistan) güclü olublar.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir