İdman

Təmkin Xəlilzadə: “Avropa çempionluğunun təsadüf olmadığını sübut etməyə gedirik”

Sharing is caring!


“Dünya çempionatına Avropa çempionluğunun təsadüf olmadığını sübut etməyə gedirik”.

“Report”un məlumatına görə, bunu minifutbol üzrə Azərbaycan millisinin üzvü Təmkin Xəlilzadə Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında deyib.

30 yaşlı futbolçu Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək dünya çempionatına yüksək səviyyədə hazırlaşdıqlarını bildirib:

“Ab-hava çox yaxşıdır, turnirə yüksək səviyyədə hazırlaşmışıq. Antalyada ikihəftəlik təlim-məşq toplanışımız oldu. Minifutbol mənim üçün təzə səhifədir, çox maraqlıdır. Çempionlar Liqasında fərqli ab-hava hökm sürürdü. İndi isə millinin heyətində çıxış edəcəyik. Azərbaycan adı olan yerdə həmişə can-başla çıxış etməyə hazırıq”.

T.Xəlilzadə mundialda qarşıya qoyulan hədəfdən də söz açıb:

“Rəqiblər barədə elə də geniş məlumatım yoxdur. Mundiala son Avropa çempionu kimi yollanırıq. İlk məqsədimiz qrupdan çıxmaqdır. Ondan sonra gücümüz çatan qədər ölkəmizi layiqincə təmsil etməyə çalışacağıq”.

Böyük futboldan minifutbola gəldiyini xatırladan keçmiş müdafiəçi bunun ona ciddi çətinlik yaratmadığını vurğulayıb:

“10 il böyük futbolla məşğul olmuşam. Böyük futbolla minifutbolda sistem tam fərqlidir. Ancaq mənə heç bir çətinlik yaratmır. Çünki futbolçu dönəmlərimdə də ara-sıra özümüz toplaşaraq minifutbol oynayırdıq. Elə xırda detallar var ki, böyük futbolda onu sığortalamaq mümkündür. Ancaq minifutbolda adi səhv qola səbəb olur. Xüsusən də standart vəziyyətlər zamanı səhvin sığortası olmur”.

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının G qrupunda İraq, Misir və Tunislə mübarizə aparacaq. Komanda ilk görüşünü oktyabrın 27-də İraqa qarşı keçirəcək.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir