Dünya

Məşhur türkiyəli aktyorun vəziyyəti pisləşdi: Meneceri yardım istədi – FOTO

Sharing is caring!

Türk kino və teatr tarixinin önəmli adlarından biri olan və bir müddətdir müalicə alan Yılmaz Grudanın meneceri Tümay Özokur aktyor üçün kömək istəyib.

O, bu barədə “Instagram” hesabında paylaşım edib.

Yılmaz Gruda ən son rəqəmsal serial platforması “Netflix”də yayımlanan “Şahmaran” serialı ilə tamaşaçıların qarşısına çıxıb. 92 yaşlı sənətçi yaşının çox olması səbəbindən bir müddətdir səhhətində problemlər yaşayır. Aktyorun meneceri “Instagram” hesabından nazirliyə müraciət edib və Grudaya yardım olunmasını xahiş edib.

“Həkimlər ustamız, müəllimimiz Yılmaz Grudanın reanimasiyaya yerləşdirilməsi və ya palatada qalması ilə bağlı qərar vermək üzrədir… 5 gün palatada yatdı və vəziyyəti yaxşılaşdı deyə çıxarıldı. Lakin xahiş edirəm reanimasiyada müalicə olunsun”, – deyə o qeyd edib.

Mənbə: Haber Global

 

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir