Dünya

Məşhur məşqçi “Qarabağ”ı nümunə göstərdi

Sharing is caring!

AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Belçika yığmasının baş məşqçisi Domeniko Tedesko rəqiblərini dəyərləndirib.

37 yaşlı çalışdırıcı “Kicker”ə müsahibəsində rəqibləri qiymətləndirməyin vacib olduğunu deyib və “Qarabağ”ın Konfrans Liqasının ilk matçında “Gent”ə qalib gəlməsini nümunə göstərib:

“Avstriya noyabrda İtaliyanın əsas heyətinə qalib gəlib. Onların Bundesliqada oynayan futbolçuları çoxdur. İsveç də çox güclüdür. Ümumiyyətlə, asan rəqib yoxdur. Cəmi dörd həftə əvvəl Konfrans Liqasında “Gent”in “Qarabağ”a 0:1 hesabı ilə məğlub olduğu zaman Azərbaycanda baş verənləri hər kəs gördü. Onlar növbəti mərhələyə yüksələ bilərdilər. Seçmə mərhələ parkdakı yürüş kimi olmayacaq”.

Azərbaycan millisi Belçikaya qarşı ilk oyununu sentyabrın 9-da evdə keçirəcək. Səfər matçı isə noyabrın 19-da baş tutacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir