İdman

Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatına yollanıb – FOTO

Sharing is caring!


Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatı üçün Birləşmiş Ərəb Əmirliklərinə yollanıb.

“Report”un məlumatına görə, 16 oyunçudan ibarət heyət səhər saatlarında sözügedən ölkəyə gedib.

Qeyd edək ki, milli dünya çempionatının G qrupunda İraq, Misir və Tunislə mübarizə aparacaq. Komanda ilk görüşünü oktyabrın 27-də İraqa qarşı keçirəcək.

Azərbaycan yığması son Avropa çempionatının qalibidir.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir