İdman

Azərbaycanlı dünya çempionu: “Ən böyük dəstəkçim həyat yoldaşımdır” – VİDEO

Sharing is caring!


“Ən böyük dəstəkçim həyat yoldaşımdır. O, mənim döyüşlərimi, rəqiblərimi analiz edir. Hətta ABŞ-də keçirilən Dünya Oyunlarına həyat yoldaşımla birlikdə hazırlaşırdım”.

Bunu Baku TV-yə açıqlamasında peşəkar kikboksçu, dünya çempionu Bəhram Rəcəbzadə deyib.

“Glory 87”də peşəkarlar arasında keçirilən döyüşdə qalib gələn idmançımız ikinci rəqibi ilə görüşə yaralı halda çıxdığını deyib:

“İlk döyüşdə bütün damarlarım, vətərlər qırılmışdı. Buna görə də ikinci döyüşüm çox çətin keçdi. Hətta həkimlər mənə döyüşməyə icazə vermirdilər. Çünki ayağımdan qan axırdı. Onlardan 5 dəqiqə vaxt istədim. Vedrəni ayağımın altına qoydum ki, qan ora axsın. Sonra vazelini götürüb yaranın içinə doldurdum, dəri ilə üzərini “svarkaladım”. O ayaqla döyüşə çıxdım və qalib gəldim”.

B.Rəcəbzadə MMA döyüşlərindən də danışıb və bu idman növünü sevmədiyini bildirib:

“MMA döyüşlərinə rastıma düşəndə baxıram. Amma xoşlamıram. Mənim fikrimcə, MMA idman növü deyil. Çünki hər yerdə – yatanda, qaçanda, havada vurursan və bu, mənə ləzzət etmir”.

Ətraflı süjetdə:

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir