İdman

Ərəb klubu “Real”ın futbolçusuna böyük məbləğ təklif etməyə hazırdır

Sharing is caring!


“Əl-Əhli” “Real Madrid”ə vinger Vinisius Juniorun Səudiyyə klubuna keçməsi üçün 200 milyon avro təklif etmək niyyətindədir.

Məlumata görə, ərəb klubu hesab edir ki, “Real” bu təklifi qəbul edə bilər. Çünki hazırda braziliyalı futbolçu klubla müqaviləsini hələ də uzatmayıb. Bununla belə, Vinisiusun “Real Madrid” ilə yeni müqaviləsinin artıq razılaşdırıldığı və bunun yaxın günlərdə açıqlanacağı vurğulanır.

Xatırladaq ki, İspaniya La Liqasının bu mövsümündə 23 yaşlı cinah yarımmüdafiəçisi yeddi matçda iştirak edib, iki qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: championat.com

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir