İdman

“Qalatasaray” İkardisiz qaldı

Sharing is caring!


“Qalatasaray” dünən keçirilən “Beşiktaş”la matçdan sonra stadionu qəfil tərk edən Mauro İkardinin səhhəti ilə bağlı açıqlama verib.

“Spor Toto Super Liqasının 9-cu həftəsində “Beşiktaş”la matçda aldığı zərbədən sonra ağrıları başlayan və oyundan sonra tibbi baxış zamanı zədəsi müəyyənləşən futbolçumuz Mauro İkardinin sağ topuq nahiyəsindəki vətərlərində, torlu qişa toxumasında qanaxma aşkar edilib. Oyunçumuzun müalicəsinə başlanılıb”, – deyə klubdan bildirilib.

Hücumçunun yaşıl meydanlara nə zaman qayıdacağı açıqlanmayıb. Ehtimal ki, o, komandasının Çempionlar Liqası çərçivəsində “Bavariya” ilə matçını buraxmalı olacaq.

Mənbə: Haber Global

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir