İdman

“Roma” son dəqiqə qolu ilə qalib gəldi – VİDEO

Sharing is caring!


İtaliya A Seriyasında 9-cu turun “Roma” – “Monza” qarşılaşması başa çatıb. Komandalar Romadakı (İtaliya) Stadio Olimpikoda qarşılaşıblar.

41-ci dəqiqədə “Monza”nın müdafiəçisi Danilo D’Ambrosio ikinci sarı vərəqə alaraq meydandan qovulub. “Roma”ya qələbəni 90-cı dəqiqədə hücumçu Stefan Əl-Şaaravinin qolu gətirib 1:0.

Hazırda klub 2023/2024 mövsümü üçün İtaliya A Seriyasının turnir cədvəlində altıncı yerdədir. Komanda doqquz görüşdə 14 xal toplayıb. Monza 12 xalla 11-ci yerdə qərarlaşıb. İtaliya çempionatının turnir cədvəlinə isə Milan “İnter”i başçılıq edir (22 xal).

Növbəti mərhələdə “Monza” “Udineze”, “Roma” isə “İnter”lə qarşılaşacaq. Hər iki qarşılaşma oktyabrın 29-da baş tutacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir