İdman

Gürcü “Napoli”yə, türk isə “İnter”ə qələbə qazandırdı – VİDEO

Sharing is caring!


Futbol üzrə İtaliya A Seriyasında IX turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, son çempion “Napoli” səfərdə “Verona”nı üstələyib – 1:3.

Neapolluların qollarını Matteo Politano və dubl edən Xviça Kvaratsexeliya vurublar. Meydan sahiblərinin heyətində Darko Lazoviç fərqlənib.

Xallarını 17-yə çatdıran “Napoli” beşinci pillədədir. “Verona” səkkiz xalla 16-cıdır.

“İnter””isə “”Torino” ilə səfər oyununda böyük hesablı qələbə qazanıb – 0:3. Markus Türam ın hesabı açdığı qarşılaşmada digər qolları Lautaro Martines və penaltidən Hakan Çalhanoğlu vurublar.

Xallarını 22-yə çatdıran “İnter” birinci pilləyə yüksəlib. “Torino” doqquz xalla 14-cüdür.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir