İdman

Azərbaycan idmançıları xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokunda iştirak edəcəklər

Sharing is caring!


Azərbaycan idmançıları xizək alpinizmi üzrə Avropa çempionatı və Dünya Kubokunda iştirak edəcəklər.

Bu barədə “Report”a Azərbaycan Qış İdmanı Növləri Federasiyanın baş katibi Günel Bədəlova məlumat verib.

O bildirib ki, idmançılarımız 2024-cü ilin yanvarından etibarən beynəlxalq səviyyəli yarışlara qatılacaqlar:

“Bu növə idmançıların cəlb edilməsi istiqamətində seçimlər olub. Fərqlənənlər intensiv məşqlərə start veriblər. İlk olaraq qış mövsümünə hazırlaşmaq üçün fiziki məşqlərə qatılıblar. İndi isə “Şahdağ” Turizm Mərkəzində xizəklə məşq edirlər”.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir