İdman

İngiltərə Premyer Liqası: “Mançester Siti”nin forvardları komandalarına qələbə qazandırdılar – VİDEO

Sharing is caring!


İngiltərə Premyer Liqasında IX tur davam edir.

Oxu.Az xəbər verir ki, son çempion “Mançester Siti” öz meydanında “Brayton”la qarşılaşıb. Görüş “şəhərlilər”in qələbəsi ilə başa çatıb – 2:1. Mançester təmsilçisinin qollarını Xulian Alvares və Erlinq Holand vurublar. Qonaqların heyətində Ansu Fati fərqlənib.

Qələbə sayəsində xallarını 21-ə çatdıran Pep Qvardiolanın komandası birinci pilləyə qayıdıb. “Brayton” 16 xalla yeddincidir.

Digər maraqlı qarşılaşmada “Nyukasl” öz meydanında “Kristal Pelas”ı darmadağın edib – 4:0. “Sağsağanlar”ın qollarını Ceykob Mörfi, Entoni Qordon, Şon Lonqstaf və Kallum Uilson vurublar.

Xallarını 16-ya çatdıran “Nyukasl” beşinci pilləyə yüksəlib. “Kristal Pelas” 12 xalla 11-cidir.

Digər qarşılaşmalarda “Vulverhempton” səfərdə “Bornmut”u 1:2, “Brentford” evdə “Bernli”ni 3:0 məğlub edib. “Nottinqem Forest” – “Luton” görüşündə isə qalib müəyyənləşməyib – 2:2.

Faiq Tahirov

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir