İdman

Premyer Liqa: “Zirə”nin səfər sınağı, “Sabah” “Sumqayıt”la üz-üzə – AFİŞA

Sharing is caring!


Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X turun növbəti oyunları keçiriləcək.

Oxu.Az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə “Kəpəz” Tovuz şəhər stadionunda “Zirə”ni qəbul edəcək. Komandalar arasındakı birinci dövrə oyununda paytaxt təmsilçisi qalib gəlib – 1:1. Hazırda “Zirə” 19 xalla turnir cədvəlində ikinci, Gəncə klubu beş xalla sonuncu – 10-cudur.

Günün digər matçında “Sabah” azarkeşləri önündə “Sumqayıt”ın müqavimətini qırmağa çalışacaq. Tərəflər bu mövsüm ilk dəfə üz-üzə gələcəklər. Onların ilk dövrədəki oyunu təxirə salınıb. Səkkiz matçda yeddi xal toplayan “Sabah” səkkizinci, 11 xalı olan “Sumqayıt” yeddincidir.

Azərbaycan Premyer Liqası

VIII tur

21 oktyabr

15:00. “Kəpəz” – “Zirə”

Baş hakim: Rauf Allahverdiyev

Tovuz şəhər stadionu

18:00. “Sabah” – “Sumqayıt”

Baş hakim: Nicat İsmayıllı

“Bank Respublika Arena”

Xatırladaq ki, turun dünən baş tutan oyunlarında “Qarabağ” səfərdə “Turan Tovuz”la heç-heçə edib (2:2), “Neftçi” rəqib meydanında “Səbail”dən üstün olub – 2:4. Tura sabah keçiriləcək “Qəbələ” – “Araz-Naxçıvan” oyunu ilə yekun vurulacaq.

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir