İdman

Benzema “Qızıl top”dan məhrum edilə bilər

Sharing is caring!


Marsel şəhərinin vitse-meri Valeri Boyer “X” platformasında Fransa millisinin keçmiş hücumçusu Kərim Benzemanı ölkə vətəndaşlığından və “Qızıl top”dan məhrum etməyə çağırıb.

“Biz ikili vətəndaşlığı olan dünyaca məşhur bir fransızın ölkəmizi bu şəkildə biabır etməsini, hətta xəyanətə yol verməsini qəbul edə bilmərik”, – Boyer bildirib.

Oktyabrın 18-də Fransanın daxili işlər naziri Jerald Darmanin də Benzemanı terror təşkilatı ilə əlaqədə olmaqda ittiham edib.

Xatırladaq ki, futbolçu İsraillə hərbi münaqişə fonunda Fələstin xalqına dəstəyini ifadə edib. O, “X” platformasındakı hesabında bombardmandan zərər çəkmiş Qəzza xalqı üçün dua etdiyini yazıb.

Qeyd edək ki, 34 yaşlı Benzema 2023/2024 mövsümündən Səudiyyə Ərəbistanının “Əl-İttihad” futbol komandasının rənglərini qoruyur.

Mənbə: lenta.ru

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir