Dünya

Eyfel qülləsi paslanıb: Təhlükəli zədələr var

Sharing is caring!

Parisin əsas görməli yerlərindən biri olan Eyfel qülləsi paslanıb və əsaslı təmirə ehtiyacı var. Lakin əvəzində Parisdə 2024-cü ildə keçiriləcək Yay Olimpiya Oyunları ərəfəsində yenidən rənglənir.

Bu barədə Fransanın “Marianne” jurnalı öz mənbələrinə istinadən yazıb.

Jurnalın əldə etdiyi gizli məlumatlara görə, Eyfel qülləsində çatlar və paslar hələ 2014-cü ildə aşkar edilib. 2016-cı ildə qüllədə 884 zədə qeydə alınıb ki, bunlardan 68-i “konstruksiyanın dayanıqlığına təhlükə yaradır”.

“Əgər Qustav Eyfel [qüllənin inşaat mühəndisi] bu məkanı ziyarət etsəydi, o, infarkt keçirərdi”, – deyə adının açıqlanmasını istəməyən qüllənin meneceri jurnala bildirib.

Mənbə: Exo Kavkaza

Xeberal.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir